"Formula -1" "Sea Breeze"də keçirilə bilər
Far.Az xəbər saytı

"Formula -1" "Sea Breeze"də keçirilə bilər


"Formula-1" Azərbaycan Qran-prisinin gələcəkdə keçirildiyi məkan dəyişdirilə bilər.

Far.Az xəbər verir ki, bu barədə "Sea Breeze"in sahibi, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov "Instagram" hesabında paylaşım edib.

Emin Ağalarov bildirib ki, uzun müddətdir "Sea Breeze" ərazisində "Formula-1" trasının inşa olunması ilə bağlı müzakirələr aparılır. Onun sözlərinə görə, belə bir layihənin reallaşdırılması ciddi hazırlıq və genişmiqyaslı iş tələb edir. Bu məqsədlə "Formula-1" traslarının layihələndirilməsi ilə məşğul olan "Tilke" şirkəti ilə əlaqə saxlanılır.

E.Ağalarovun sözlərinə görə, 2030-2031-ci illərədək trasın və onun ətrafındakı zəruri infrastrukturun inşa edilməsi mümkün olarsa, "Formula-1" yarışlarının nəzəri olaraq "Sea Breeze"ə keçirilməsi mümkündür.

Bununla yanaşı, o, hazırda bununla bağlı hər hansı konkret razılaşmanın olmadığını vurğulayıb.

"Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də "Sea Breeze"də "Formula-1" uzaqda deyil", - deyə E.Ağalarov bildirib.

Qeyd edək ki, paylaşımda "Formula-1" yarışlarının "Sea Breeze"də keçirilməsi halında məkanın necə görünə biləcəyini əks etdirən vizual video da təqdim olunub. Həmçinin E.Ağalarovun yarış avtomobili idarə etdiyi görüntü də paylaşılıb.

Oxşar xəbərlər

F1: Azərbaycan Qran-prisinin ilk günündən - FOTOREPORTAJ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
"Formula 1"in Bakıda 10 ili: Azərbaycan Qran-prisinin şəhərə, turizmə və biznesə təsiri
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin təşkilində 2 min könüllü iştirak edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər