Forest Kaveni: Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda görülən işlərlə fəxr edə bilər
Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin miqyası, xüsusilə də məcburi köçkünlərin doğma yurdlarına qayıdış sürəti nəzərə alınmaqla, yüksək qiymətə layiqdir.
"Far.Az"un Qarabağa ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə "Most Traveled People" (MTP) klubunun beynəlxalq səyyahlar qrupunun tərkibində regionda səfərdə olan amerikalı səyyah Forest Kaveni (Forest Caveney) bildirib.
Onun sözlərinə görə, o, Azərbaycana ilk dəfədir səfər edir və azad edilmiş ərazilərin bərpası nəticələrinə heyran qalıb.
"Laçın bərpadan sonra Şuşa kimi çox gözəl görünür. Azərbaycan görülən işlərlə, hər şeyin necə tez bərpa olunması ilə, həmçinin insanların öz evlərinə qayıtması istiqamətində göstərilən səylərlə fəxr edə bilər. Bu, alqışa layiqdir", - o deyib.
Kaveni həmçinin Zəngilan rayonunda yaradılmış yeni infrastrukturu yüksək qiymətləndirib. Yeni yollar, hava limanı və yaşayış binaları onda xüsusi təəssürat yaradıb.
"Biz hava limanının yanından keçdik, o, möhtəşəm görünür. Ümid edirəm ki, buraya çoxlu insan gələcək. Zəngilanın əsas küçəsi boyunca yerləşən çoxmənzilli binalar da inanılmaz görünür. Bu, bərpanın gözəl nümunəsidir", - səyyah vurğulayıb.
Qeyd edək ki, bu gün "Most Traveled People" (MTP) klubunun təsisçisi Çarlz Vilinin rəhbərliyi ilə beynəlxalq səyyahlar qrupunun Qarabağ və Şərqi Zəngəzura səfərinin üçüncü günüdür.
Nümayəndə heyətinin tərkibində ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və digər dövlətlər daxil olmaqla 13 ölkədən 40-a yaxın şəxs var.
Bu, 2021-ci ildən bəri aparıcı beynəlxalq səyyahlar klublarının Qarabağ və Şərqi Zəngəzura artıq 17-ci qrup səfəridir.
Bu cür səfərlər xarici səyyahlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan genişmiqyaslı tikinti və bərpa işləri ilə bilavasitə tanış olmağa imkan verir.
Oxşar xəbərlər
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir













