Rusiyada fərdi yaşayış evində yanğın zamanı beş nəfər ölüb
Far.Az xəbər saytı

Rusiyada fərdi yaşayış evində yanğın zamanı beş nəfər ölüb


Rusiyanın Tula vilayətinin Plavsk rayonunda yaşayış evində baş verən yanğın zamanı beş nəfər həlak olub.

"Far.Az" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin məlumatında deyilir.

"Bu gün səhər saatlarında yanğınsöndürmə xidmətinə Qorbaçevo qəsəbəsində yerləşən fərdi yaşayış evində yanğın barədə məlumat daxil olub. Hadisə yerinə gedən xilasetmə qüvvələri 48 kvadratmetr sahədə yanğını söndürüblər. Beş nəfər həlak olub, onların şəxsiyyətləri müəyyənləşdirilir", - məlumatda bildirilib.

Rusiya İstintaq Komitəsinin Tula vilayəti üzrə İstintaq İdarəsinin müstəntiqləri hadisə yerində işləyir, yanğının səbəbi müəyyənləşdirilir. Yanğının söndürülməsinə altı nəfər və iki ədəd texnika cəlb edilib.

Oxşar xəbərlər

Fövqəladə Hallar Nazirliyi Bakı Sağlamlıq Mərkəzində təlim keçirib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Dövlət Komitəsinin sədri Ordubadda vətəndaşları qəbul edib
WUF13-ün təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər