Azərbaycan İtaliya şirkətləri ilə innovativ ödəniş həllərinin tətbiqini müzakirə edib
Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Vüsal Xəlilov İtaliyanın "Numia" və "Bancomat" şirkətlərinin nümayəndə heyəti ilə görüşüb.
"Far.Az" AMB-yə istinadən xəbər verir ki, görüş zamanı rəqəmsal maliyyə xidmətləri və ödəniş texnologiyaları sahəsində əməkdaşlıq imkanları, innovativ ödəniş həllərinin tətbiqi, eləcə də beynəlxalq təcrübənin öyrənilməsi məsələləri müzakirə olunub.
Görüş Azərbaycan Dövlət Neft Fondu ilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkil etdiyi, "Fondo Strategico Italiano (FSI)" şirkətinin təşəbbüsü ilə İtaliyanın biznes sektorunun nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində baş tutub.
Səfər çərçivəsində "Azərbaycan–İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir də keçirilib. Tədbirdə Azərbaycan və İtaliya arasında iqtisadi münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri, prioritet sektorlar üzrə investisiya imkanları, əlverişli biznes mühiti və institusional əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Fondo Strategico Italiano" Azərbaycan bazarında əməkdaşlıq imkanlarını dəyərləndirir
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Bəhrəmtəpə hidroqovşağında təmirə görə İmişlidə suarma kanallarına suyun verilməsi dayandırılacaq
-
"Bitly" "X"də kiber hücumun fəsadlarını aradan qaldırmağa çalışır
-
Ağstafada sursat partlayışı nəticəsində xəsarət alan şəxsin durumu açıqlanıb
-
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədlərini bağlayacaq
-
Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatının finalına yüksəlib













