"Xalqa qarşı hücumların cavabı verilməlidir" - Qətər
Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari İranın hücumlarının cavabsız qalmayacağını bildirib. O qeyd edib ki, Qətər xalqına və təhlükəsizliyinə qarşı həyata keçirilən hücumların bedeli ödənməlidir.
Far.Az xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari CNN telekanalına açıqlamasında İranın ölkəsinə qarşı hücumlarını dəyərləndirib. Onun sözlərinə görə, Qətər ərazisinin hədəfə alınmasına dözümlü yanaşmaq mümkün deyil.
Ənsari bildirib ki, İran təkcə ABŞ hərbi bazalarını deyil, Dohadakı Həməd Beynəlxalq Hava Limanı da daxil olmaqla mülki infrastruktur obyektlərini hədəfə alıb. O vurğulayıb ki, Qətərin cavab vermək hüququ saxlanılır və belə hücumlar cavabsız qalmayacaq.
Sözçü əlavə edib ki, ölkənin hava hücumundan müdafiə sistemləri və döyüş təyyarələri əksər raket və pilotsuz uçuş aparatlarını zərərsizləşdirə bilib. Quru və dənizdə yerləşən enerji obyektlərinin qorunduğu qeyd olunub.
Ənsari İranla hazırda birbaşa təmasın olmadığını desə də, münaqişənin həllinin dialoqdan keçdiyini vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə İsraillə yanaşı, ABŞ bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir sıra ölkələrdə hədəflərə zərbələr endirib.
İran tərəfi ABŞ-İsrail hücumları nəticəsində ölkənin ali rəhbəri Əli Xameneinin və bir neçə yüksək vəzifəli şəxsin həlak olduğunu açıqlayıb. İran Qızıl Aypara Cəmiyyəti isə bombardmanlar nəticəsində 555 nəfərin öldüyünü, 747 nəfərin yaralandığını bildirib.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













