"Azeri Light" kəskin bahalaşdı
Far.Az xəbər saytı

"Azeri Light" kəskin bahalaşdı


Dünya bazarında Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti kəskin artıb. Bir barelin dəyəri 6,85 ABŞ dolları və ya 9,41 faiz bahalaşaraq 79,6 dollara çatıb.

Far.Az xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, hərracların nəticəsində "Brent" markalı neftin may fyuçersləri 77,82 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light"ın bir bareli 6,69 dollar və ya 9,54 faiz artaraq 76,79 dollar olub.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu marka neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir. Layihədə SOCAR-ın payı 31,65 faizdir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib
Azərbaycan neftinin qiyməti 69 dollara yaxınlaşır
"Azeri Light" neftinin qiyməti 70 dolları keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər