KİV: ABŞ-nin sualtı qayığı Şri-Lanka sahillərində İran hərbi gəmisini batırıb - YENİLƏNİB - 2
Far.Az xəbər saytı

KİV: ABŞ-nin sualtı qayığı Şri-Lanka sahillərində İran hərbi gəmisini batırıb - YENİLƏNİB - 2


ABŞ-nin sualtı qayığı Şri-Lanka sahillərində İran hərbi gəmisini batırıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky News" mənbələrə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ hərbçilərinin zərbələri nəticəsində gəmi batırılıb.

Məlum olub ki, insident nəticəsində ən azı 140 nəfər itkin düşüb. Şri-Lanka kökuməti 32 nəfərin xilas edildiyini bəyan edib.

İran gəmisi Şri-Lanka sahillərində sualtı qayığın hücumuna məruz qalıb, ən azı 101 nəfər itkin düşüb, 78 nəfər yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "Sky News" ölkənin hərbi-dəniz donanmasındakı mənbələrə istinadən məlumat yayıb.

Sualtı qayığın kimə məxsus olduğu barədə hələlik məlumat yoxdur.

Bu gün səhər saatlarında Şri-Lankanın xarici işlər naziri Vicita Herath hərbçilərin batan gəmidən ən azı 30 nəfəri xilas etdiyini bildirmişdi.

Şri-Lanka hərbçiləri öz ərazi sularında batan İran gəmisindən azı 30 nəfəri xilas ediblər.

"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Şri-Lankanın xarici işlər naziri Vicita Herath bəyan edib.

Daha əvvəl Şri-Lanka Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, ölkənin Hərbi-Dəniz Qüvvələri (HDQ) İran gəmisindən göndərilən təhlükə siqnalından sonra xilasetmə əməliyyatına başlayıb.

Şri-Lankanın XİN başçısı əlavə təfərrüatlar təqdim etməyib, lakin müvafiq tədbirlərin görüləcəyini bəyan edib.

Yerli KİV bildirib ki, gəmi ölkənin cənubundakı Qalle sahillərində təhlükə siqnalı göndərib və zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Oxşar xəbərlər

Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Şri-Lanka dənizçiləri İran gəmisindən 30-dan çox şəxsi xilas ediblər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər