Ekspert: Xalçaçılıqda süni intellekt insanın önünə keçə bilməz
Far.Az xəbər saytı

Ekspert: Xalçaçılıqda süni intellekt insanın önünə keçə bilməz


Xalçaçılıqda süni intellekt insanın önünə keçə bilməz.

Bunu "Report"a müsahibəsində Milli Xalça Muzeyinin eksperti, əməkdar xalçaçı rəssam Məhəmmədhüseyn Hüseynov deyib.

Onun sözlərinə görə, süni intellekt xalçaçılıq sənəti üçün də problem yaradacaq səviyyədə inkişafdadır.

"Amma, fikrimcə, xalqın yaddaşına, kökünə, mədəni irsinə əsaslanan belə bir sənətdə süni intellekt insanın önünə keçə bilməz. Bəli, müəyyən mənada, ornamentləri deqradasiyaya uğrada bilər, bu isə, şübhəsiz, süni intellekti istifadə edən rəssamdan asılıdır".

Rəssam bildirib ki, insan süni intellektlə davranışını təkmilləşdirməlidir.

"Bu ona görə lazımdır ki, uğursuz nəticələrə yol açılmasın. Ümumiyyətlə, yaradıcı sahələrdə süni intellektdən maksimum qaçmaq lazımdır. Çünki yaradıcılıq birbaşa düşüncəyə, beyinə, təxəyyülə bağlı bir şeydir".

M.Hüseynov fabrik xalçaçılığı ilə əllə toxunan xalçanın fərqinə də toxunub.

"İndi fabrik xalçaçılığı inkişaf edir, amma əllə toxunan xalçanın ilməsini fabrikdəki maşın edə bilmir. İnsan bu gün kosmosa açılır, süni intellekti yaradır, amma insanın əllə toxuduğu ilməni fabrikdəki aparata mənimsədə bilmir, o effekti ala bilmir".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Oxşar xəbərlər

Bakıda Zəfər muzeyinin açılışı olub
Xalçaçı rəssam: Dünyada azərbaycanlılar qədər ornament yaradan ikinci bir xalq yoxdur – MÜSAHİBƏ
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanmış dairəvi xalçanın kəsim mərasimində iştirak edib
Leyla Əliyeva Şuşa məscidi üçün hazırlanan dünya xalçaçılıq tarixinin ən böyük dairəvi xalçası ilə tanış olub
Azərbaycan və BƏƏ prezidentləri Milli Xalça Muzeyinin Şuşa filialında olublar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər