Azəbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib
Far.Az xəbər saytı

Azəbaycan və Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib


Azəbaycan ilə Böyük Britaniya süni intellekt sahəsində əməkdaşlığı müzakirə edib.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.

Müzakirələr Londonda R.Nəbiyev ilə Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays arasında görüşdə aparılıb.

Nazirin sözlərinə görə, görüş zamanı Azərbaycan və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində süni intellekt, kibertəhlükəsizlik və texnologiya istiqamətlərində əməkdaşlığın perspektivlərini müzakirə edilib:

"Eyni zamanda fiziki və rəqəmsal bağlantıların genişləndirilməsi, süni intellekt əsaslı data mərkəzlərinə sərmayə imkanları, rəqabətədavamlı enerji resursları, nəqliyyat infrastrukturunun inkişafı, Böyük Britaniya universitetləri ilə birgə kadr hazırlığı proqramlarının həyata keçirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər