Tanınmış aktyor Ceyhun Mirzəyevin anım günüdür
Bu gün tanınmış aktyor Ceyhun Mirzəyevin anım günüdür. Onun vəfatından 33 il ötür.
Ceyhun Mirzəyev aprelin 9-da 1946-cı ildə Bakıda doğulub. Əsli Ağdamın Abdal-Gülablı kəndindəndir. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. Moskvada da təhsil alıb.
Onun 48 illik ömrünün 35 ilə yaxını kino ilə bağlı olub. Çünki "Görüş" filmində Şıxəlinin oğlunun obrazını yaradanda cəmi 11 yaşı var idi. On iki yaşı olanda isə "Ögey ana"ya dəvət almışdı.
Ceyhun Mirzəyev kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent də olub, rejissor köməkçisi də işləyib, aktyorluq da edib, üstəlik rejissor kimi filmlər də çəkib. "Mozalan" satirik kinojurnalı üçün süjetlər çəkib. "Mozalan"ın bədii rəhbəri olub.
Ceyhun Mirzəyev həm də güclü parodiyaçılıq qabiliyyətinə malik olub. Hətta "Mozalan"ın başlığında səslənən vızıltı səsi də ona məxsus olub.
Ceyhun Mirzəyevin son filmi "Fəryad" olub. Özü bu filmini görə bilmədi. Amansız ölüm ona imkan vermədi ki, heç olmasa filmin premyerasında iştirak etsin. Studiyada çəkiliş vaxtı özünü pis hiss edən Ceyhun evə güclə çatdırıldı.
Aktyor "Ögey ana" və Fəryad" filmlərində İsmayıl obrazı ilə yaddaşlarda dərin iz buraxıb.
Ceyhun Mirzəyev 1993-cü il martın 5-də vəfat edib və Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Fəryad filminə görə "Bakılı" cəmiyyətinin "Humay" mükafatına layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ceyhun Mirzəyevin vəfatından 32 il ötür
Tanınmış kino aktyoru və rejissor Ceyhun Mirzəyevin doğum günüdür
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Madyarla Lyayen Macarıstan üçün 17 milyard avronun blokdan çıxarılması barədə razılığa gəliblər
-
"Brent" markalı neftin qiyməti dörd illik maksimuma çatır
-
Azərbaycan Texnologiya Universitetinin baş müəllimi vəfat etdi
-
BMT Təhlükəsizlik Şurası İranın nüvə sazişinin qarantı ola bilər
-
GTA VI oyununun qiyməti 100 dollar olacaq?
-
Bakının premium ərazilərində torpaq: 1 sot 2 milyon manata satılır













