"Azeri Light" nefti ucuzlaşdı
Far.Az xəbər saytı

"Azeri Light" nefti ucuzlaşdı


Dünya bazarlarında Azərbaycan neftinin "Azeri Light" markası ucuzlaşıb. Bir barelin qiyməti 3,87 ABŞ dolları və ya 4,7 faiz azalaraq 82,29 ABŞ dollarına düşüb.

Far.Az xəbər verir ki, neft bazarındakı mənbənin məlumatına görə, hərracların yekununda "Brent" markalı neftin may fyuçersləri 81,16 ABŞ dolları səviyyəsində qərarlaşıb.

Türkiyənin Ceyhan limanında FOB şərtləri ilə "Azeri Light"ın bir bareli 4,58 ABŞ dolları və ya 5,52 faiz ucuzlaşaraq 78,35 ABŞ dolları olub.

Qeyd edək ki, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" markalı neftin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub. Bu marka üzrə hasilat "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi çərçivəsində aparılır və layihədə SOCAR-ın payı 31,65 faiz təşkil edir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
"Azeri Light" neftinin qiyməti 70 dolları keçdi
Azərbaycan nefti 2 %-dən çox ucuzlaşıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Azeri Light" neftinin qiyməti 4 dollar ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər