Azərbaycan Qazaxıstanla pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan Qazaxıstanla pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsini müzakirə edib


Azərbaycan və Qazaxıstan arasında pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsini müzakirə edilib.

“Far.Az” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

"Qazaxıstanlı həmkarım Timur Süleymenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə hər iki qurumun pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və rəqəmsal ödəniş ekosisteminin genişləndirilməsi istiqamətində həyata keçirdiyi təşəbbüslərlə bağlı fikir mübadiləsi apardıq. Maliyyə sektoru üçün aktual olan məsələlərin müzakirəsindən sonra qurumlar arasında mövcud qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi imkanlarını nəzərdən keçirdik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Qazaxıstanla üz-üzə gəliblər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Mərkəzi Bankının 4 departamentinə direktorlar təyin edilib
Azərbaycan Mərkəzi Bankının təcrübə proqramı başa çatıb
İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər