Azərbaycanda "Turistik Kənd" layihəsinə start verilib
Far.Az xəbər saytı

Azərbaycanda "Turistik Kənd" layihəsinə start verilib


Dövlət Turizm Agentliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə əməkdaşlığı ilə turizm potensialı yüksək olan kəndlərdə turizm üzrə fəaliyyətin dəstəklənməsi və özünüməşğulluğun artırılması məqsədilə kənd qonaq evlərinin müvafiq avadanlıqlarla təmin edilməsi üzrə "Turistik Kənd" layihəsinə start verilib.

"Report"a daxil olan məlumata görə, layihə üzrə yerli və xarici turistlər üçün alternativ yerləşmə yerlərinin yaradılması ilə kənd turizminin inkişafı, eləcə də yerli icmaların və turizm fəaliyyəti ilə məşğul olan ailə təssərrüfatlarının rifahının yaxşılaşdırılması hədəflənir.

İlkin olaraq turizm potensiallı Qusar rayonunun Ləzə kəndi, Qax rayonunun İlisu və Sarıbaş kəndlərində icra olunacaq layihə çərçivəsində ümumilikdə 20 qonaq evinin "Aqroturizm" zərfi üzrə zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulur.

"Turistik Kənd" layihəsi ölkə Prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planından irəli gələn tapşırıqların icrası məqsədilə həyata keçirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər