FIFA Samuel Etoya 6 ay müddətinə Kamerun millisinin oyunlarına getməyi qadağan edib
Far.Az xəbər saytı

FIFA Samuel Etoya 6 ay müddətinə Kamerun millisinin oyunlarına getməyi qadağan edib


Beynəlxalq Futbol Federasiyası (FIFA) Kamerun Futbol Assosiasiyasının prezidenti Samuel Etoya 6 ay müddətinə ölkəsinin kişi və qadınlardan ibarət milli komandalarının oyunlarına getməyi qadağan edib.

"Report" FIFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, buna 43 yaşlı sabiq futbolçunun nizam-intizam kodeksini pozması səbəb olub.

O, 20 yaşadək qızlar arasında keçirilən dünya çempionatının Kamerun - Braziliya matçında aqressiv davranışı və ədalətli oyun prinsiplərinin pozulmasında ittiham olunub.

Qeyd edək ki, S.Eto futbolçu karyeraında İspaniyanın "Real" (Madrid), “Barselona”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və “Everton” kimi klublarında çıxış edib. Sabiq hücumçu Kamerun milli komandasının üzvü kimi iki dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Oxşar xəbərlər

Futbol tarixinin 15 ən böyük UĞURSUZ TRANSFERİ - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
"Dinamo Zaqreb"in dünya futboluna bəxş etdiyi ULDUZLAR - SİYAHI
UEFA Millətlər Liqası: Azərbaycan yığması İsveçə məğlub olub - YENİLƏNİB - 7
Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər