Neftin qiyməti yenidən BAHALAŞDI - Son 20 ayın rekordunu qırdı
Far.Az xəbər saytı

Neftin qiyməti yenidən BAHALAŞDI - Son 20 ayın rekordunu qırdı


Dünya bazarlarında neftin qiyməti kəskin bahalaşaraq son ayların ən yüksək səviyyəsinə çatıb.

Far.Az xəbər verir ki, beynəlxalq etalon hesab olunan "Brent crude oil" markalı neftin qiyməti bir barel üçün 87 dollar həddini keçib və bu göstərici 5 iyul 2024 tarixindən bəri ilk dəfə qeydə alınıb.

Məlumata görə, Londonun "ICE Futures Europe" birjasında may ayı üzrə Brent fyuçerslərinin qiyməti 87,21 dollar təşkil edib. Bu isə əvvəlki ticarət sessiyası ilə müqayisədə təxminən 1,8 dollar və ya 2 faizdən çox artım deməkdir.

Eyni zamanda ABŞ-nin əsas etalon neft növü olan "West Texas Intermediate" (WTI) üzrə aprel fyuçersləri də bahalaşıb. "New York Mercantile Exchange" (NYMEX) elektron ticarətində bu markanın qiyməti 3,5 dollar artaraq 84,53 dollar səviyyəsinə yüksəlib.

Qiymət artımının səbəbi nədir?

Analitiklər hesab edir ki, neftin bahalaşması əsasən Yaxın Şərq regionunda artan hərbi gərginliklə bağlıdır. ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar, həmçinin regionda enerji infrastrukturu və tanker marşrutlarına təhlükə yaranması bazarlarda ciddi narahatlıq yaradıb.

Xüsusilə də dünya neft tədarükünün təxminən 20 faizinin keçdiyi Hörmüz boğazı ətrafında vəziyyətin gərginləşməsi qiymətlərin yüksəlməsinə səbəb olub. Ekspertlər bildirirlər ki, bu marşrutda nəqliyyatın məhdudlaşması qlobal enerji bazarına ciddi təsir göstərə bilər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Hörmüzdə neft qarşıdurması – ANALİTİKA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər