Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub
Far.Az xəbər saytı

Heydər Əliyev Sarayında "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub


Heydər Əliyev Sarayında dahi şair, yazıçı, dramaturq Hüseyn Cavidin xatirəsinə həsr olunan "Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub.

"Report" xəbər verir ki, tədbirdə Leyla Əliyeva iştirak edib.

Səhnə əsərinin quruluşçu rejissoru Əbdülqəni Əliyev, ssenari müəllifləri Afaq Vasifqızı, Lalə Əliyevadır. Dahi şair Hüseyn Cavidin obrazına Xalq artisti Eyyub Yaqubov həyat verib. Tamaşada Xalq artisti Mehriban Zəki, tanınmış musiqiçi Vaqif Əsədov, pianoçu-bəstəkar Gülsüm Eldarova, aktyorlar Elşən Əsgərov, Natiq Abdullayev, Oqtay Kazımov, Emil Bağırzadə və digərləri, həmçinin C.Cahangirov adına Xor kollektivi, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri yer alıb.

Musiqili tamaşada dramaturqun həyat və yaradıcılığını əks etdirən təsirli səhnə fraqmentləri, kövrək sevgi xətti, pyeslərdən parçalar, incə lirika nümunələri səsləndirilib. Xalq artisti Eyyub Yaqubovun ifa etdiyi mahnılar tamaşanın bədii-estetik dəyərini daha da artırıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər