Təxliyə olunan: "Dövlətimiz bizə arxa dayaq oldu"
Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərindən Bakıya təxliyə reysi ilə gətirilmiş Azərbaycan vətəndaşları jurnalistlərə açıqlamasında aidiyyəti dövlət qurumlarına minnətdarlıq ediblər.
"Report" xəbər verir ki, bunu təxliyə edilənlərdən biri Vüsal Nəsirov bildirib: "Dövlətimiz bizə arxa dayaq oldu və sağ-salamat gəlib öz doğmalarımıza qovuşduq. Fevralın 6-dan Dohada (Qətər) olmuşuq və martın 1-i qayıtmalı idik. Amma bu regionda baş verən hadisələrlə bağlı gələ bilmədik. Dohada vəziyyət çox pis idi, şəhər raket zərbələrinə məruz qalırdı. Odur ki, çölə çıxmaq mümkün deyildi. Bununla belə konsulluqdan gəlirdilər, bizim durumla maraqlanırdılar. Oradan çıxmaq üçün bir yol olacağını deyirdilər".
Onun sözlərinə görə, Dohadan Ciddəyə gəlmək üçün 28 saat yol qət ediblər: "10-cu gündür ki, orada idik. Azərbaycanın həm Qətərdəki, həm də Səudiyyə Ərəbistanındakı səfirliyi bütün təşkilatçılığı öz üzərinə götürdü. Dövlətimizə, bu işdə əməyi olan hər kəsə minnətdarlıq edirəm".
Təxliyə olunan digər vətəndaş Çinarə Kərimova isə bildirib ki, Dohada yaşayan azərbaycanlılar onları evlərinə çağırıb, maddi və mənəvi baxımdan dəstək göstərməyə çalışıb.
"Fövqəladə vəziyyət elan olunandan sonra Dohanı tərk etmək mümkün olmadı. Bizlə gedən turistlərin hamısını eyni hotelə yerləşdirdilər. Gündə üç dəfə qidalanma ilə təmin etdilər. Çox qeydimizə qaldılar. Səfirliyin nümayəndəsi gündə bəzən iki dəfə gəlirdi, bəzən olurdu ki, gecə saat 1-ə qədər bizimlə olurdu. Bütün problemlərimizlə maraqlanırdılar. Diqqət və qayğıya, dəstəyə görə başda Prezident İlham Əliyev olmaqla Azərbaycanın dövlət nümayəndələrinə təşəkkür edirəm", - deyə o qeyd edib.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
WUF13-ə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin növbəti monitorinqi olacaq
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb













