Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunub
Far.Az xəbər saytı

Almaniya və İspaniya diplomatları Azərbaycan vasitəsilə İrandan təxliyə olunub


Almaniya və İspaniya diplomatik korpusunun əməkdaşları "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə olunub.

"Far.Az"un bölgə müxbiri xəbər verir ki, 13 Almaniya və 6 İspaniya diplomatı olmaqla, 3 Azərbaycan vətəndaşı və 1 Banqladeş vətəndaşının təxliyəsi həyata keçirilib.

Təxliyə prosesi müvafiq sənəd yoxlanışı, qeydiyyat və digər prosedurların yerinə yetirilməsi ilə həyata keçirilib və sərhəd-keçid məntəqəsində təhlükəsiz keçidin təmin edilməsi üçün bütün zəruri tədbirlər görülüb.

Qeydiyyat prosedurlarından sonra onlar təhlükəsiz şəkildə təyinat istiqamətlərinə yola salınıblar.

Oxşar xəbərlər

Banqladeş, Qətər, Pakistan vətəndaşları İrandan Azərbaycana təxliyə olunub
İrandan bir neçə ölkənin diplomatları Azərbaycana təxliyə edilib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5
Üç ölkənin diplomatları da daxil olmaqla daha 70-yə yaxın əcnəbi Azərbaycana təxliyə edilib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər