ABŞ-də fəaliyyət göstərən azərbaycanlı qadınlar forum keçirib
ABŞ-nin Virciniya ştatının Aleksandriya şəhərində Amerika Azərbaycanlı Qadınlar Təşkilatının (American Azerbaijani Women Association -AWA) təşəbbüsü və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə "AWA Elevate Forum – Amerika Azərbaycanlı Qadınların İnkişaf Forumu" keçirilib.
"Far.Az"un ABŞ bürosu xəbər verir ki, forumun məqsədi Birləşmiş Ştatlarda yaşayan azərbaycanlı qadınların liderlik potensialını gücləndirmək, onların peşəkar inkişafı üçün yeni imkanlar yaratmaq və Azərbaycan ilə Amerika icmaları arasında əlaqələri möhkəmləndirmək olub.
Forumda ABŞ-nin müxtəlif ştatlarından diaspor təşkilatlarının nümayəndələri, bir sıra ölkələrin diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində müxtəlif sahələri təmsil edən peşəkarlar, icma liderləri və gənc nümayəndələr bir araya gələrək, təcrübə və ideyalarını bölüşüblər. Forumda liderlik, mədəni kimlik, icmalararası dialoq və peşəkar inkişaf mövzularına həsr olunmuş panel müzakirələri təşkil olunub.
AWA-nın rəhbəri Lala Ragimova bildirib ki, forumun ideyası ABŞ-də yaşayan azərbaycanlı qadınların və digər icma nümayəndələrinin bir araya gələrək bir-birini dəstəkləyə biləcəyi platforma yaratmaq məqsədilə formalaşıb.
Təşəbbüskarlar qeyd ediblər ki, layihə böyük həvəs və fədakarlıqla, addım-addım qurulub, onun əsas məqsədi azərbaycanlı qadınların ABŞ-də peşəkar inkişafını təşviq etmək, mentorluq imkanlarını genişləndirmək və icmalar arasında körpülər qurmaqdır.
Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova çıxış edərək Azərbaycan qadınlarının zəngin inkişaf tarixinə malik olduğunu vurğulayıb. O bildirib ki, müasir Azərbaycan qadını cəmiyyətin sosial-iqtisadi həyatında fəal iştirak etməklə yanaşı, milli ailə dəyərlərini qoruyaraq gənc nəsilə ötürmək kimi mühüm missiyanı da yerinə yetirir.
Tədbir çərçivəsində müxtəlif sahələrdə çalışan qadınlar öz bizneslərini və yaradıcılıq layihələrini təqdim etmək, yeni əlaqələr qurmaq imkanı qazanıblar.
Forumun sonunda azərbaycanlı qadınlar arasında liderliyi təşviq etmək məqsədilə "AWA Mentoring Program" adlı mentorluq proqramı təsis olunub.
Oxşar xəbərlər
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Brent" neftin qiyməti ötən ilin avqustundan ilk dəfə 102 dolları keçib
-
ABŞ-nin İrana qarşı əməliyyatda öldürülən hərbçilərinin sayı yeddiyə çatıb
-
"Brent" neftin qiyməti 118 dolları ötüb - YENİLƏNİB
-
Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var
-
Bu gün 58 mindən çox şagird buraxılış imtahanı verəcək
-
İftar vaxtı - 10 mart 2026: Ramazanın 20-ci günü













