Azərbaycan 8 ayda Portuqaliyaya 400 min tona yaxın neft satıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Portuqaliya 395 min 31,62 ton xam neft ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 221 milyon 958,01 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 8 ayı ilə müqayisədə 44,7 %, dəyəri isə 42,4 % çoxdur.
Portuqaliyaya ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 2,7 % olub.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 9 milyard 281 milyon 893,55 min ABŞ dolları olan 14 milyon 677 min 951,6 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 33 milyard 238 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 21 milyard 815 milyon ABŞ dolları ixracın, 11 milyard 423 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycanın neft ixracında İtaliyanın payı 58 %-ə yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolunda DƏHŞƏTLİ QƏZA - TIR minik maşınının üstünə aşıb
-
Ağdərə rayonunda yerləşən "Dəmirli" Filiz Emalı Kompleksində 1 342 nəfər daimi işlə təmin olunub
-
"Birliyin Gücü - 2026": Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbi təliminin açılışı olub
-
Luis Silvestr 4 oyunluq cəzalanıb, "İmişli" 10 000 manat cərimələnib
-
Bakının hansı küçələrində tıxac var?
-
Zelenski müharibənin qışdan əvvəl başa çatacağına ümid edir













