Ülviyyə Cəlilzadə: “Energetika Nazirliyi Dünya İqlim Fondu ilə əməkdaşlıqda maraqlıdır” - FOTO
Far.Az xəbər saytı

Ülviyyə Cəlilzadə: “Energetika Nazirliyi Dünya İqlim Fondu ilə əməkdaşlıqda maraqlıdır” - FOTO


Dünya İqlim Fondunun Prezidenti Yens Nilson və Fondun təmsilçisi Ülviyyə Cəlilzadə energetika nazirinin müavini Orxan Zeynalovla görüşüb.

"Report" xəbər verir ki, görüşdə O.Zeynalov əməkdaşlıq məsələsinə toxunub.

O, qeyd edib ki, Azərbaycanda "yaşıl enerji" sahəsində bir çox layihələr həyata keçiriləcək və nazirlik bu məsələdə Dünya İqlim Fondu ilə əməkdaşılığa maraqlıdır: “Nazirlik son dövrlərin gündəmində olan "yaşıl enerji" sahəsində bir neçə layihə gerçəkləşdirəcək. Bu sahədə Dünya İqlim Fondu ilə əməkdaşlıq etməkdə maraqlıyıq və Fond da bu fikirə müsbət yanaşarsa, əməkdaşlıq edə bilərik”.

Ü.Cəlilzadə isə bildirib ki, görüşdə Y.Nilson Azərbaycanda külək enerjisi sahəsində həyata keçiriləcək layihələr haqqında fikirini bildirib: “O, deyib ki, Dünya İqlim Fondu Bakıda keçiriləcək möhtəşəm COP 29 tədbirindən sonra Azərbaycanda külək enerjisi ilə bağlı davam edəcək layihələrə dəstək olmağa hazırdır”

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Osman Xaliyev: “SİF-in prioritet sahələri sırasına “yaşıl layihə”lərin maliyyələşdirilməsini daxil etmişik” – MÜSAHİBƏ
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Nazir: “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” Avropa İttifaqının strateji marağındadır”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər