Türkiyə və İran liderləri regiondakı vəziyyəti müzakirə ediblər
Far.Az xəbər saytı

Türkiyə və İran liderləri regiondakı vəziyyəti müzakirə ediblər


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Məsud Pazeşkian arasında telefon danışığı olub.

"Report" xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, iki lider ABŞ və İsrailin İrana hücumlarından sonra regiondakı inkişafları, eləcə də ikitərəfli münasibətləri müzakirə ediblər.

Pazeşkian həmçinin İranın Türkiyəyə raket hücumu həyata keçirdiyini təkzib edib. O, raket hücumu ilə bağlı birgə qrup yaratmağa çağırıb: "Bu yolla iki dost və qardaş ölkəmiz arasındakı münasibətlərə xəbər təbliğatı təsir etməyəcək". Pazeşkian Türkiyəyə regionda sülh və sabitliyin təmin edilməsi səylərinə görə təşəkkür edib və İranda baş verən son hadisələrlə bağlı Türkiyə hökumətinin çatdırdığı başsağlığı və həmrəylik mesajlarından məmnunluğunu ifadə edib.

Rəcəb Tayyib Ərdoğan isə öz növbəsində İranın yeni ali rəhbəri Müctəba Xameneiyə vəzifəsində uğurlar arzulayıb. Türkiyənin regionda gərginliyi azaltmaq üçün səylərini davam etdirdiyini vurğulayan Ərdoğan, İranın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu bildirib və regional gərginliyin artmasının nə qonşu ölkələrin, nə də İranın uzunmüddətli maraqlarına xidmət etməyəcəyini əlavə edib.

O, Türkiyənin İranla qarşıdurma niyyətində olmadığını və rəsmi Ankaranın regionda gərginliyin azaldılmasına əlindən gələni etməyə hazır olduğunu bildirib. Türkiyə lideri, həmçinin diplomatik kanalların bu dövrdə əvvəlkindən daha açıq qalmalı olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər