Abbas Əraqçi Türkiyəyə atılan raketlərin İrana aid olmadığını açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. İki ölkənin XİN rəhbərlərinin danışığı Türkiyə hava məkanına daxil olan ballistik raketlə bağlı narahatlıqlar fonunda baş tutub.
Far.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Hakan Fidan telefon danışığı zamanı Türkiyə hava məkanının pozulmasının qəbuledilməz olduğunu və ölkənin belə halların qarşısını almaq üçün bütün zəruri tədbirləri görməyə davam edəcəyini bildirib.
Türkiyə XİN rəhbəri həmçinin regionda gərginliyi artıran və mülki şəxslərin təhlükəsizliyini risk altına sala biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib.
İranın xarici işlər naziri Abbas Əraqçi isə Türkiyə hava məkanına yönələn raketlərin İrana aid olmadığını bildirib və hadisə ilə bağlı genişmiqyaslı araşdırma aparılacağını açıqlayıb.
Xatırladaq ki, martın 4-də Hatay səmasında vurulan raketdən sonra oxşar hadisə ötən gün Qaziantep ətrafında da yaşanıb.
Türkiyənin Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, İrandan atıldığı ehtimal edilən və Türkiyə hava məkanına daxil olan ballistik sursat Şərqi Aralıq dənizində yerləşdirilmiş NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Sursatın bəzi qalıqları Qaziantep ərazisində boş sahələrə düşüb. Hadisə nəticəsində ölən və ya yaralanan olmadığı bildirilib.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Bakının mərkəzində əyləncə məkanının fəaliyyəti dayandırıldı
Gəncənin ballistik raket atəşinə tutulması əmrinin Ermənistan rəhbərliyi tərəfindən növbəti dəfə təsdiqlənib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













