İrandan İsrailə 500-ə yaxın raket atılıb - YENİLƏNİB-2
Far.Az xəbər saytı

İrandan İsrailə 500-ə yaxın raket atılıb - YENİLƏNİB-2


İrandan İsrailə 500-ə yaxın raket atılıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti məlumat yayıb.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib ki, İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.

21:09

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailə raket zərbəsi endirdiyini açıqlayıb.

"Far.Az" bu barədə İranın "Tasnim" agentliyinə istinadən xəbər verir.

SEPAH xəbərdarlıq edib ki, İsrail hərbi reaksiya verərsə, sarsıdıcı cavabla üzləşəcək.

"The Jerusalem Post" qəzeti məlumat yayıb ki, İrandan İsrailə 400-dən çox raket atılıb.

İndiyədək hava hücumları nəticəsində 4 nəfərin həlak olduğu bildirilir.

Bundan əvvəl İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari bildirib ki, ölkəsi həm müdafiə, həm də hücuma hazırdır.

20:47

İran İsraili raket atəşinə tutub.

"Far.Az" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.

Bildirilir ki, raketlərdən biri İordaniyanın hava məkanına daxil olub.

Hücumla bağlı əlavə detallar hələlik açıqlanmır.

"The Jerusalem Post" qəzetinə görə, İrandan İsrailə 102 raket atılıb.

Bundan əvvəl İsrail Ordusu İranın raket hücumu təşkil etdiyini açıqlamışdı. Ölkənin hər yerində hava hücumu xəbərdarlığı elan edilib. İsrail əhalisinə təcili olaraq sığınacaqlara getmək əmri verilir.

Oxşar xəbərlər

İran İsraili raket atəşinə tutur, ölənlər var - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
İsrail Ordusu: Artıq İrandan təhlükə yoxdur
Toyota Prius: Hibrid Avtomobillərin atası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər