Prezident diplomatik xidmətə qəbulla bağlı Fərman imzalayıb
Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi və diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydaları təsdiqlənib.
BAKU.WS xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Qaydalara əsasən, diplomatik xidmətə qəbul üzrə müsabiqə ədalətlilik və şəffaflıq prinsipləri əsasında keçiriləcək. Müsabiqə yazılı imtahandan və müsahibədən ibarətdir. Müsabiqənin yazılı imtahan mərhələsini Xarici İşlər Nazirliyinin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi, müsahibə mərhələsini XİN keçiriləcək.
Müsabiqə Nazirlər Kabinetinin müəyyən etdiyi ali təhsil ixtisasları təsnifatına uyğun olaraq, humanitar və sosial, iqtisadiyyat və idarəetmə
ixtisas qrupları, habelə ictimai səhiyyə, dövlət təhlükəsizliyi və idarəetmə, ictimai təhlükəsizlik və idarəetmə, sərhəd təhlükəsizliyi və idarəetmə ixtisasları əsasında təşkil ediləcək.
Azərbaycanın diplomatik nümayəndəliklərində və konsulluqlarında diplomatik xidmətə qəbul Azərbaycan Prezidentinin və Azərbaycan xarici işlər nazirinin təyinatı əsasında həyata keçiriləcək.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Məleykə Abbaszadə: "İmtahanlara müdaxilə cəhdi əvvəlki illərdə də olub"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Sumqayıtda Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanılıb
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib
-
Yalçın Rəfiyev: SIDS ölkələrinin mədəni irsinin YUNESKO-da siyahıya alınmasına Azərbaycan dəstək verməyə hazırdır
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB













