ABŞ-nin İrana hücumlarının ilk 6 günündə xərclər 11,3 milyard dolları keçib
ABŞ-nin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatların ilk altı günündə xərclər 11,3 milyard dollardan çox olub.
BAKU.WS xəbər verir ki, bu barədə "The New York Times" qəzeti mövzuya yaxın üç mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) rəsmiləri Konqres üzvləri üçün keçirilən brifinqdə İrana yönəlmiş hücumların maliyyə yükü barədə məlumat veriblər.
Məlumata görə, 28 fevral tarixindən başlayan hücumların ilk altı gününün dəyəri 11,3 milyard dolları ötüb. Qeyd olunur ki, bu rəqəm Konqres üzvlərinə təqdim edilən ən geniş maliyyə qiymətləndirmələrindən biridir.
Bununla belə, hesabatda hücumlardan əvvəl bölgəyə hərbi qüvvələrin cəmləşdirilməsi, şəxsi heyətin və texnikanın yerləşdirilməsi ilə bağlı xərclərin nəzərə alınmadığı bildirilir. Bu səbəbdən ümumi xərclərin gələcəkdə daha da artacağı ehtimal olunur.
Xatırladaq ki, İsrail və ABŞ Tehran ilə Vaşinqton arasında danışıqlar davam etdiyi bir vaxtda, fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq İsrail hədəfləri ilə yanaşı, ABŞ-nin Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə yerləşən hərbi bazalarına zərbələr endirib.
İran rəsmilərinin məlumatına görə, ABŞ və İsrailin hücumları nəticəsində ölkədə 1332 nəfər həyatını itirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır
-
Azərbaycan elektrik şəbəkələrini yeniləyir, enerji saxlama sistemləri qurur













