Oğuzun Sincan kəndinin yolu yararsız vəziyyətdədir, təmir üçün vəsait ayrılması gözlənilir
Far.Az xəbər saytı

Oğuzun Sincan kəndinin yolu yararsız vəziyyətdədir, təmir üçün vəsait ayrılması gözlənilir


Oğuz rayonunun Sincan kəndinin yolu dağılaraq istifadəyə yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna kənd sakinləri məlumat veriblər.

1000 nəfərdən çox əhalisi olan kənd sakinlərinin sözlərinə görə, sonuncu dəfə ötən əsrin 80-ci illərində asfaltlanmış 3 kilometrlik avtomobil yolu uzun müddət təmir olunmadığı üçün tədricən dağılıb.

Onlar bildiriblər ki, payız və qış aylarında yağıntının çoxalması yoldan istifadəni daha da çətinləşdirir. Bu durum sürücüləri xüsusilə narahat edir. Yolun bərbadlığı avtomobillərdə tez-tez fəsadların yaranmasına, nəticə etibarilə nəqliyyat vasitəsi sahiblərinin maddi ziyana düşmələrinə səbəb olur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, Sincan kəndinə gedən yolun yenidən qurulması Agentliyin diqqətindədir:

"Bununla bağlı Agentlik tərəfindən təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunub və kəndin yolunun yenidən qurulması investisiya proqramına daxil edilib. İnvestisiya proqramı çərçivəsində maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi sözügedən yolda əsaslı şəkildə yenidənqurma işlərinin həyata keçirilməsi Agentlik tərəfindən təmin olunacaq".

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər