Hikmət Hacıyev: Beynəlxalq təşkilatların problemlərimizi həll etməsini gözləmirik
Azərbaycan beynəlxalq təşkilatların problemləri həll etməsini gözləmir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XIII Qlobal Bakı Forumu çərçivəsində baş tutan panel müzakirədə deyib.
Onun sözlərinə görə, bölgə və bölgədənkənar ölkələr maraqlarını ortaya qoyub regionu inkişaf etdirə bilər:
"Beynəlxalq təşkilatların bizim problemlərimizi həll etməyini gözləmirik. Düzdür, müstəqilliyin ilk illərində onlardan gözləntilərimiz var idi. Amma, məsələn, ATƏT iflasa uğramış təşkilat oldu və bölgədə münaqişəsinin həllinə nail ola bilmədi. Onun Minsk qrupu da iflasa uğradı. Nəticədə biz hərbi və siyasi yollarla münaqişəni həll edə bildik, sülhə nail olduq. Azərbaycan və Ermənistan əməkdaşlıq edərək, sülh gündəliyini dərinləşdirirlər".
Prezidentin köməkçisi eyni zamanda əlavə edib ki, Azərbaycan öz gündəliyini özü təyin edir:
"Bəziləri düşünür ki, bu, hərbi güclə bağlıdır. Yanaşmamız odur ki, rəqabətdə iştirak etmirik. Orta güc problemlərin həllinə yönələn bir istiqamətdir. Bundan başqa, Azərbaycan üçün enerji təhlükəsizliyi çoxtərəfli diplomatiyanın uğurlu nümunəsidir".
Oxşar xəbərlər
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
IX siniflərin buraxılış imtahanının NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq
-
Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA
-
Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq - YENİLƏNİB
-
Azərbaycan Milli QHT Forumu ikiillik fəaliyyətinə dair hesabat verib













