Xamenei ABŞ və İsraili təhdid etdi: Yeni cəbhələr açıla bilər
Far.Az xəbər saytı

Xamenei ABŞ və İsraili təhdid etdi: Yeni cəbhələr açıla bilər


İranın yeni Ali Rəhbəri Müctəba Xamenei döyüş əməliyyatlarının davam etdiriləcəyi təqdirdə ABŞ və İsraillə münaqişədə yeni cəbhələrin açılması ilə hədələyib.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki bu barədə ali rəhbərin rəsmi saytında dərc olunan bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, düşmənin daha az təcrübəyə malik olduğu və müdafiəsinin zəif olduğu istiqamətlərdə yeni cəbhələrin açılması məsələsi araşdırılır.

"Düşmənin az təcrübəyə malik olduğu və son dərəcə müdafiəsiz qalacağı digər cəbhələrin açılması ilə bağlı araşdırmalar aparılır. Hərbi vəziyyət və mövcud maraqlar nəzərə alınmaqla həmin istiqamətlərin aktivləşdirilməsi həyata keçirilə bilər", - deyə bəyanatda vurğulanıb.

Ayətullah Müctəba Xamenei eyni zamanda Livanın "Hizbullah" hərəkatına və "İraq İslam Müqaviməti" təşkilatına ABŞ və İsraillə münaqişədə Tehrana göstərdikləri dəstəyə görə təşəkkür edib.

"Həmçinin "müqavimət oxu"nun döyüşçülərinə səmimi minnətdarlığımı bildirirəm. Gördüyümüz kimi, cəsur və imanlı Yəmən məzlum Qəzza xalqını qorumağı dayandırmadı, fədakar "Hizbullah" bütün maneələrə baxmayaraq, İslam Respublikasının köməyinə gəldi və "İraq İslam Müqaviməti" bu kursu cəsarətlə davam etdirir", - deyə bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
İsrail-Livan atəşkəsi: kim nə qazanıb? - TƏHLİL
Sabirabadda "Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi" mövzusunda regional konfrans keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər