Xarici sahibkar qadınlar Azərbaycana səfər edəcəklər
"Yaxın zamanda ABŞ-də əldə olunan razılaşmalar çərçivəsində xarici çoxsaylı sahibkar qadınlar Azərbaycana səfər edəcəklər".
Bunu "Far.Az"un ABŞ bürosuna açıqlamasında Nyu-Yorkda BMT-nin Baş Qərargahında keçirilən Qadınların Statusu üzrə Komissiyasının 70-ci sessiyası (CSW70) çərçivəsində ABŞ-də səfərdə olan Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
B. Muradova ABŞ-də qadın sahibkarlarla görüşdən də danışıb. O qeyd edib ki, qadın sahibkarlıq hər cəmiyyətdə sosial-iqtisadi inkişaf, dayanıqlı və inklüziv inkişaf üçün vacibdir:
"Qadınlar dəyər yaratmaq, məhsul istehsal etmək, əlaqələr qurmaq və şəbəkələr yaratmaqda çox bacarıqlıdır. Azərbaycanda da bu artıq müşahidə olunur. Ölkəmizdə orta və kiçik sahibkarlıq sahəsinin 23–25 faizi qadınların payına düşür. İşləyən vətəndaşlar arasında qadınların sayı çoxdur və onlar qonşu ölkələrlə şəbəkələr qurublar. Bu əlaqələr yeni istiqamətlər açır, həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığa imkan yaradır. Biz həm təcrübələrimizi paylaşmaq, həm də onlardan öyrənmək istəyirik" – deyə o bildirib.
Komitə sədri vurğulayıb ki, dövlət komitəsi ABŞ-də fəaliyyət göstərən azərbaycanlı və Türk sahibkar qadınların təcrübələrini Azərbaycana gətirməkdə maraqlıdır: "Dövlət komitəsi bu sahədə qanunverici tədbirləri və effektiv icra mexanizmlərini təmin etməklə, həmçinin beynəlxalq şəbəkələşməyə dəstək göstərməklə fəal iştirak edir. Yaxın zamanda ABŞ-də əldə olunan razılaşmalar çərçivəsində Azərbaycana çoxsaylı sahibkar qadınlar səfər edəcək, onlar yerli sahibkar qadınlarla görüşəcək və birgə layihələrin icrasında dəstək alacaqlar".
B. Muradova həmçinin bildirib ki, Türk evində azərbaycanlı və Türk sahibkar qadınlarla keçirilən görüşdə iştirakçılar onları maraqlandıran sualları verib və əldə etdikləri təcrübəni Azərbaycana daşımaq istədiklərini vurğulayıblar:
"Görüşdə üç azərbaycanlı xanımla tanış oldum. Onlar böyük uğurlar əldə edib və Amerikada – Vaşinqton, Nyu-York, Boston kimi şəhərlərdə bizneslərini inkişaf etdiriblər. Biz komitə olaraq bu işdə maraqlıyıq, həm türkiyəli tərəfdaşlarla, həm də azərbaycanlı sahibkar qadınların birgə işinə dəstək verməyə hazırıq. Onları Bakıya gətirib yerli sahibkar qadınlarla tanış edəcəyik" – deyə B.Muradova əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanın 40 rayonunda əkin sahələrinin aprobasiyası prosesi aparılır
-
AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər
-
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
-
Serenay Sarıkaya sərbəst buraxıldı
-
SOCAR-a yeni mətbuat katibi təyin edilib
-
FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib













