Azərbaycanda 2 ayda orta illik inflyasiya 5,7 % olub
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrünə nisbətən 5,7 %, fevral ayında isə 0,6 % artıb.
"Far.Az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ilin fevral ayında istehlak qiymətləri 2025-ci ilin fevral ayına nisbətən 5,7 %, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 3,7 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,7 % artıb.
Bu ilin fevral ayında Azərbaycanda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 1,1 %, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 7 % artıb.
Bu ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından əsasən çörək, kolbasa məmulatları, təzə balıq, süd, xama, pendir, kəsmik, süfrə marqarini, zeytun, günəbaxan və qarğıdalı yağları, limon, naringi, banan, alma, armud, heyva, nar, qoz, fındıq, göyərti, xiyar, pomidor, balqabaq, yerkökü, kartof, təbii bal, qəhvə, kakao, mineral sular, sərinləşdirici içkilər, şirələr, alkoqollu içkilər bahalaşmış, qoyun əti, yumurta, portağal, şabalıd, ağ kələm, soğan isə ucuzlaşıb. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin fevral ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,3 %, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,6 % artıb. Fevral ayında əvvəlki ayla müqayisədə əsasən sement, keramik plitələr, mebellər, yuyucu vasitələr, şəxsi gigiyena vasitələri, zərgərlik məmulatları bahalaşıb, qış geyimləri, divar kağızları, plastik borular, kəsilmiş taxta isə ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin fevral ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,2 %, yanvar-fevral aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,7 % təşkil edib. Fevral ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən əsasən tibbi, mehmanxana, bərbərxana, hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə sərnişindaşıma xidmətləri bahalaşıb, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətləri və istirahət turları isə ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Oxşar xəbərlər
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Aqşin Fatehin restoranında saxta alkoqollu içkilər aşkarlandı
Neftçalada rayonunda "I Balıq" Festivalı keçirilib
Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?
Bakıda balıq yarmarkası fəaliyyətə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
"Zirə" minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb
-
Azərbaycanlı aparıcı ailə qurdu













