Ramin Məmmədov ABŞ-də Beynəlxalq Hüquq və Din Simpoziumuna qatılacaq
Azərbaycan ABŞ-nin Provo şəhərində keçiriləcək “Dini etiqad azadlığı sülh quruculuğunda vasitədir” mövzusunda 31-ci Beynəlxalq Hüquq və Din Simpoziumunda təmsil olunacaq.
"Report" xəbər verir ki, Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzi və Stirlinq Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək simpoziumda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov iştirak edəcək.
Oktyabrın 3-dən 9-dək davam edəcək tədbir çərçivəsində R.Məmmədov 3-4 oktyabr tarixlərində İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondu tərəfindən hökumət nümayəndələri, elmi-tədqiqat institutlarının ekspertləri, dini icmaların və vətəndaş cəmiyyəti təşkilatlarının rəhbərləri üçün təşkil olunacaq tədbirə də qatılacaq.
Oktyabrın 9-da isə İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin nəzdində fəaliyyət göstərən Stirlinq Fondunun rəhbərliyi ilə görüş keçirəcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Dövlət Komitəsinin sədri Moskvada keçirilən Beynəlxalq Müsəlman Forumunda çıxış edib
Ramin Məmmədov: İlahiyyat İnstitutunun qadın məzunları ölkədə dini təhsilə mühüm töhfələr veriblər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Bu gün "Bakı–Xankəndi" velosiped yarışının ikinci mərhələsi keçiriləcək
-
Ölüm riski yüksək olan HANTAVİRUS: Azərbaycanda yoluxma varmı?
-
Tramp bildirib ki, İran artıq ABŞ-ni ələ salmayacaq
-
Azərbaycan Kuboku: Cari mövsümdə tamaşaçı sayı son 10 ilin ən yüksək göstəricisi kimi yadda qalıb
-
Tramp: ABŞ İranın zənginləşdirilmiş uran ehtiyatlarını əldə etmək istəyir













