Naxçıvanda məktəbdənkənar təhsil müəssisələri üçün yeni binalar istifadəyə verilib
Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz və Babək rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan yeni binalar istifadəyə verilib.
"Report"un yerli bürosunun məlumatına görə, oktyabrın 2-də Şahbuz və Babək rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan yeni binaların açılış mərasimi keçirilib.
Naxçıvan MR təhsil naziri Elxan Nəcəfov yeni inşa olunan binalar barədə məlumat verib. O vurğulayıb ki, ümumilikdə Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üzrə 35 qrup, 22 dərnək rəhbəri, 255 dərnək üzvü, Texniki yaradıcılıq Mərkəzi üzrə 20 qrup, 11 dərnək rəhbəri, 168 dərnək üzvü fəaliyyət göstərəcək. Həmçinin Diyarşünaslıq Mərkəzi üzrə 20 qrup,14 dərnək rəhbəri və 198 dərnək üzvünün iştirakı ilə tədrisə başlanacaq.
Bildirilib ki, Babək Rayon Texniki Yaradıcılıq Mərkəzi üzrə 23 qrup, 13 dərnək rəhbəri, 208 dərnək üzvü, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üzrə 43 qrup, 23 dərnək rəhbəri, 356 dərnək üzvü, həmçinin Turist Diyarşünaslıq Mərkəzi üzrə 21 qrup, 14 dərnək rəhbəri, və 200 dərnək üzvünün iştirakı ilə tədris həyata keçiriləcək.
Qeyd edək ki, binalardakı otaqların hər biri təyinatı üzrə mebel dəstləri, həmçinin dərnək məşğələlərinin tədris olunması üçün zəruri avadanlıqlarla təchiz olunub. Mərkəzlərin yerləşdiyi inzibati binaların hər birində internetə çıxışı təmin edilən 14 kompüter və 3 elektron lövhə quraşdırılıb. Binaların həyətində qazanxanalar tikilib, yaşıllıq sahəsi salınıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB - FOTO
Azərbaycanla Özbəkistan arasında 12 sənəd imzalanıb - YENİLƏNİB
Vətən müharibəsinin başlamasından 4 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
İngiltərə millisinin sabiq futbolçusu Ceyms Milner karyerasını başa vurub
-
Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir
-
Bakıda 44 yaşlı cərrah VƏFAT ETDİ













