ABŞ-də saxta xəbərlər yayan kanalların yayım lisenziyası ləğv oluna bilər
Far.Az xəbər saytı

ABŞ-də saxta xəbərlər yayan kanalların yayım lisenziyası ləğv oluna bilər


ABŞ-nin Federal Rabitə Komissiyasının (FRK) sədri Brendan Karr bildirib ki, xəbərləri təhrif edən və ictimaiyyəti çaşdıran televiziya kanalları yayım tezliklərindən istifadə hüququnu itirə bilər.

BAKU.WS-in məlumatına görə, Karr bu barədə sosial şəbəkədə paylaşım edib. O qeyd edib ki, saxta və ya yanlış məlumat yayan media qurumlarına vəziyyəti düzəltmək üçün müəyyən imkan verilir.

"Qanun açıqdır. Yayımçılar ictimai maraqlara xidmət etməlidirlər. Əgər bu prinsiplərə əməl etməsələr, onların lisenziyası ləğv edilə bilər", – deyə Karr vurğulayıb.

Komissiya sədri nümunə kimi ABŞ prezidenti Donald Trampın "Truth Social" platformasındakı paylaşımına da istinad edib. Tramp həmin paylaşımında bəzi media qurumlarını İranda baş verən hadisələri yanlış və çaşdırıcı şəkildə təqdim etməkdə ittiham edib.

Tramp yazıb ki, bəzi media orqanları Səudiyyə Ərəbistanındakı hava limanında vurulan beş yanacaqdolduran təyyarə ilə bağlı xəbərləri qəsdən yanlış təqdim edərək ictimaiyyətdə çaşqınlıq yaradır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
FHN təlim etmək istədi - Yanlış park edilən maşınlara görə yanğın avtomobilləri hərəkət edə bilmədi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər