Paşinyan yenə qeyri-adi videosu ilə gündəm oldu
Ermənistanın baş naziri Nikol Paşinyan növbəti qeyri-adi paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.
Far.Az Baku TV-yə istinadən xəbər verir ki, Paşinyan seçki kampaniyası çərçivəsində tərəfdarları ilə birlikdə avtobusla səfərə çıxarkən çəkilmiş görüntüləri paylaşıb. Videoda baş nazir əvvəlcə avtobusdakı insanları salamlayır, daha sonra isə telefonunda mahnı səsləndirir.
Bundan sonra o, ətrafındakılara jestlə işarə edir və iştirakçılar Nikol Paşinyanın tez-tez istifadə etdiyi ürək işarəsini təkrarlayırlar. Kadrlarda avtobusdakı insanların demək olar ki, hamısının əlləri ilə ürək formasında işarə göstərdiyi müşahidə olunur.
Nikol Paşinyan paylaşımına qısa mesaj da əlavə edib: "Sabahınız xeyir, gününüz uğurlu keçsin, sizi sevirik."
Qeyd edək ki, Ermənistanın baş naziri son aylarda sosial şəbəkələrdə paylaşdığı gündəlik görüntülərlə tez-tez müzakirə mövzusuna çevrilir. O, daha əvvəl avtobusda qarğıdalı və "pirojki" yeməsi ilə diqqət çəkmiş, bəzən isə mahnı fonunda romantik paylaşımlar edərək kofe içdiyi anları izləyiciləri ilə bölüşmüşdü.
Bu cür paylaşımlar Paşinyanın seçki kampaniyası çərçivəsində daha sadə və xalqa yaxın siyasətçi imici yaratmaq cəhdi kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













