Moskvada rekord dərəcədə isti hava gözlənilir
Far.Az xəbər saytı

Moskvada rekord dərəcədə isti hava gözlənilir


Martın 16-da Moskvada rekord dərəcədə isti hava proqnozlaşdırılır.

Far.Az RIA Novosti-yə istinadən xəbər verir ki, "Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets bildirib ki, paytaxtda havanın temperaturu +11 dərəcəyədək yüksələcək.

Onun sözlərinə görə, gün ərzində hava əsasən açıq olacaq, yağıntı gözlənilmir. Temperatur +9 – +11 dərəcə arasında dəyişəcək və 2015-ci ildə bu tarixdə qeydə alınmış +10,3 dərəcəlik rekord yenilənə bilər.

Sinoptik əlavə edib ki, belə hava şəraiti martın 19-dək davam edəcək. Həmin günlərdə temperaturun +9 – +12 dərəcə arasında olacağı, həftənin sonuna doğru isə havanın dəyişə biləcəyi bildirilir.

Oxşar xəbərlər

Fevralda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq - AYLIQ PROQNOZ
Mart ayına olan hava proqnozu AÇIQLANDI
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Mart ayında hava iqlim normasından yüksək olacaq
Dekabrın ilk ongünlüyündə hava yağıntılı olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər