Azərbaycanın U-20 millisində kütləvi milliləşdirmə olmayacaq
Far.Az xəbər saytı

Azərbaycanın U-20 millisində kütləvi milliləşdirmə olmayacaq


Azərbaycanın U-20 millisində kütləvi milliləşdirmə prosesi olmayacaq.

"Report"un məlumatına görə, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev mətbuat konfransında bildirib.

"Azərbaycan əsilli oyunçu cəlb edilə bilər. Ya da valideynlərindən biri sırf azərbaycanlı ola bilər. Azərbaycanda anadan olmuş, böyümüş futbolçu olmalıdır. Bu, əsas şərtdir. Amma yenə də milliləşdirilmiş futbolçunun çox böyük istəyi olmalıdır ki, millimizdə oynasın. Hiss etməliyik ki, istəyi var. Amma kütləvi şəkildə milliləşdirmə, məsələn 20 futbolçudan 17-nin milliləşdirilmiş olması gözlənilmir", - o deyib.

Xatırladaq ki, U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında iştirak edəcək.

Oxşar xəbərlər

MAXE-dən dəhşətli hərəkət: dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi – TƏFƏRRÜAT
AFFA rəhbərliyi cənub bölgəsinə səfər edib
Dörd qadını yatağa saldı, pullarını aldı, onları videoya çəkdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Londonda yüksəksəviyyəli iqlim dialoqunda iştirak edib
AFFA-da "Futbolda Uşaqların Hüquqlarının Qorunması" mövzusunda seminar təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər