Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılır
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dongfeng-İmprotex AZ Agro" MMC-ni dövlət qeydiyyatına alıb.
"Far.Az" nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı "Improtex" şirkəti ilə eyni - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Salyan şosesi, 15-ci km, nizamnamə kapitalı 1 milyon ABŞ dolları, qanuni təmsilçisi isə Çin vətəndaşı Wang Weıjundur.
Xatırladaq ki, Prezident İlham Əliyevin ötən ilin aprel ayında Çinə etdiyi dövlət səfəri zamanı "İmprotex" və "Changzhou Dongfeng Agricultural Machinery" şirkətləri arasında traktor istehsalı layihəsinin həyata keçirilməsi üzrə Anlaşma Memorandumu imzalanıb. Yeni şirkətin yaradılması Azərbaycanda Çin şirkəti ilə birlikdə traktor istehsalına başlanılmasından xəbər verir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ünvanlar açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
CENTCOM: Hörmüz boğazından 1,7 milyard bareldən çox neft daşınıb













