İran "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib
Far.Az xəbər saytı

İran "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib


İran İsrailə və ABŞ-nin bölgədəki bazalarına qarşı "Gerçək vəd 4" əməliyyatının 69-cu dalğasını həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

Bildirilib ki, İsrailin Təl-Əviv, Əkka və Hayfa şəhərlərindəki obyektlər hədəf alınıb, döyüş təminatı şirkətləri, radar sistemləri atəşə tutulub. Bununla yanaşı, ABŞ-nin bölgədəki bazalarına da zərbələr endirilib, F-16 və F-35 qırıcılarını yanacaqla təmin edən təyyarələrin saxlanıldığı anqara hücum təşkil olunub:

"ABŞ-nin Əl-Xərc (Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın cənub-şərqi) və Ali əs-Salem aviabazasına (Küveyt) "Qədr", "Xeybərşikən", "Zülfüqar" və "Qiyam" raketləri ilə hücum uğurla başa çatıb".

SEPAH qeyd olunan obyektlərə dron hücumunun da təşkil olnuduğunu açıqlayıb.

Qeyd edək ki, bundan bir neçə saat öncə SEPAH "Gerçək vəd 4" əməliyyatının 68-ci dalğasını həyata keçirib və ABŞ ilə İsrailin bəzi obyektləri hücuma məruz qalıb.

Oxşar xəbərlər

İlk Qədr gecəsindən FOTOLAR
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər