"Böyük Dəbilqə": Bu gün Hidayət Heydərov və daha 3 cüdoçu mübarizəyə başlayır
Far.Az xəbər saytı

"Böyük Dəbilqə": Bu gün Hidayət Heydərov və daha 3 cüdoçu mübarizəyə başlayır


Bu gün Azərbaycanın daha 4 təmsilçisi Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə "Böyük Dəbilqə" turnirində mübarizəyə qoşulacaq.

"Far.Az" xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Kamran Süleymanov və Hidayət Heydərov tatami üzərinə çıxacaqlar. Hər iki idmançının rəqibi Belçikanı təmsil edir.

Süleymanov 1/32 finalda Rey Marinkslə, Heydərov isə 1/16 finalda Zelemxan Batçayevlə üz-üzə gələcək.

Qadın idmançıların yarışında isə azərbaycanlılar 70 kq çəkidə, 1/16 finalda mübarizə aparacaqlar.

Südabə Ağayeva Nino Qulbani (Gürcüstan) ilə Aytac Qardaşxanlı isə Şirincon Yuldoşovayla (Özbəkistan) qarşılaşacaq.

"Böyük Dəbilqə"nin təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 17:00-da başlayacaq . Yarış martın 22-də başa çatacaq.

Qeyd edək ki, Azərbaycan təmsilçilərinin aktivində 1 gümüş medal var. Turan Bayramov (66 kq) ötən gün fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Oxşar xəbərlər

Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
Üzgüçülük üzrə Azərbaycan çempionatı başa çatıb - YENİLƏNİB
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub
İdmançılarımız Batumidə rinqə çıxacaqlar
Hidayət Heydərov VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər