Bakının mərkəzində Milli Etalon Vaxtının göstərilməsinə başlanılıb
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi istiqamətində mühüm addım atılıb.
"Far.Az" xəbər verir ki, Bakının simvollarından biri olan Saat qülləsində (Paraşüt qülləsi) artıq Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əsasında vaxt göstərilir. Bununla bağlı Bulvar ərazisində, qüllənin yaxınlığında məlumatlandırıcı stend də quraşdırılıb.
Saat qülləsində UTC (AZ)-ın tətbiqi milli vaxt mənbəyinin ictimai məkanlarda istifadəsinin genişləndirilməsi və vaxt sinxronizasiyasının təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.
Bu nailiyyət AzMİ-nin, xüsusilə Vaxt və tezlik ölçmələri laboratoriyasının həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir və ölkədə vaxt metrologiyasının inkişafına mühüm töhfə verir.
Qeyd edək ki, Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures – BIPM) tərəfindən ötən ilin noyabr ayında təsdiq olunub. Bu isə ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Oxşar xəbərlər
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
AzMİ Çinin Milli Metrologiya İnstitutu ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanda Milli Etalon Vaxtı yaradılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb













