II İlya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib - YENİLƏNİB
Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın dəfn mərasimi keçirilib.
"Far.Az" xəbər verir ki, mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.
Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti, Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddə toplaşanlara müraciət ediblər.
Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı daxildirlər.
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.
"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.
Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.
Xatırladaq ki, II İliya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.
Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.
II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Dövlət rəsmiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
İrançılıq düşüncəsinin paradoksları
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi
-
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
-
Tramp: Ukraynadakı müharibə sona yaxınlaşır













