II İlya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib
Far.Az xəbər saytı

II İlya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib


Bu gün Gürcüstanın paytaxtı Tbilisi şəhərində Müqəddəs Üçlük Kafedralında Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlyanın dəfn mərasimi keçirilib.

BAKU.WS report-a istinadən xəbər verir ki, mərasimdə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını Gürcüstan xalqına çatdırıb.

Tədbirdə Ekumenik Patriarx, eləcə də Gürcüstan Prezidenti, Parlamentin sədri, Baş nazir və Gürcü Arzusunun Fəxri Sədri məbəddə toplaşanlara müraciət ediblər.

Patriarxı son mənzilə yola salmaq üçün yürüş Müqəddəs Üçlük Katedralından başlayıb və patriarxın cənazəsi xüsusi ehtiramla Sioni Kafedralına doğru yola salınıb. Ölkə üzrə fəaliyyət göstərən bütün kilsələrdə dəfn zəngləri çalınıb və yüz minlərlə insan küçələrə axışaraq patriarxa son ehtiramlarını ifadə ediblər.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi Allahşükür Paşazadə, Baş nazirin müavini Samir Şərifov və Milli Məclisin bir qrup deputatı daxildirlər.

*** 11:07

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti bütün Gürcüstanın katolikos-patriarxı II İlyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə səfər edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Baş nazirin müavini Samir Şərifov də yer alır.

Səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan xalqının dərin hüzn və ehtiramını gürcü xalqına çatdıracaq.

Xatırladaq ki, II İlya martın 17-də 93 yaşında vəfat edib. Onun vəfatı ilə əlaqədar Gürcüstanda matəm elan olunub.

Patriarxla vida mərasimi Müqəddəs Üçlük Katedralından Sioni Katedralına qədər yürüşlə müşayiət olunacaq.

II İlya bu gün saat 15-də Sioni Katedralında dəfn ediləcək.

II İlya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib

Oxşar xəbərlər

II İlya dəfn edilib, Azərbaycan rəsmiləri mərasimdə iştirak edib - YENİLƏNİB
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Dövlət rəsmiləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı Şəhidlər xiyabanını ziyarət ediblər
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər