Trampın İranla bağlı açıqlamasından sonra neft ucuzlaşdı
ABŞ Prezidenti Donald Trampın İranla danışıqlar barədə açıqlamasından sonra "Brent" markalı neftin qiyməti təxminən 10% azalıb.
BAKU.WS xəbər verir ki, Londonun ICE birjasında "Brent" markalı xam neftin qiyməti martın 12-dən bəri ilk dəfə bir barel üçün 96 dollara düşüb.
*** 13:28
Yaxın Şərqdə münaqişənin davam etməsi səbəbindən neft bahalaşıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi məlumat verib.
Bakı vaxtı ilə saat 9:12-yə olan məlumata görə, Londonun ICE birjasında may ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 0.48 dollar (0.43%) artaraq bir barel üçün 112.67 dollara çatıb.
Nyu-York Ticarət Birjasında (NYMEX) WTI markalı xam neftin may ayına çatdırılma ilə füçerslərinin qiyməti isə 0.56 dollar (0.57%) artaraq bir barel üçün 98.79 dollar olub.
Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.
İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.
Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.
İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.
Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb
Yaxın Şərqdə gərginlik fonunda neft qiymətləri artmaqda davam edir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub













