Roman Qriqorçuk: "İnana bilmirəm ki, bütün bunlar mənim başıma gəlir, sanki yuxudayam"
"İnana bilmirəm ki, bütün bunlar mənim başıma gəlir, sanki yuxudayam".
"Far.Az"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Roman Qriqorçuk "Kəpəz"ə məğlub olduqları Premyer Liqanın IX turunun oyunundan sonra mətbuat konfransında deyib.
O, məğlubiyyətin səbəbləri barədə danışıb:
“Nadir hallardan biridir ki, bugünkü oyun barədə düşündüyümü təhlil edib sizə deyə bilmirəm. Çünki bu cür matçları dəqiqliklə təhlil edib danışmaq lazımdır. Hazırda çətin vəziyyətdəyəm, inana bilmirəm ki, bütün bunlar mənim başıma gəlir, sanki yuxudayam. Buna görə də oyunun təhlilini ertələyirəm. Azarkeşlərimiz mənim ünvanıma heç də xoş olmayan ifadələr işlədirdilər. Onlardan nəinki inciyirəm, əksinə, inanılmaz dərəcədə səbr göstərdiklərinə görə onlara təşəkkür edirəm. Azarkeşləri başa düşürəm, onlara böyük hörmətim var. “Neftçi”dəki işimə görə pərişan deyiləm. Bunu faciə kimi yox, məğlubiyyət kimi qəbul edirəm”.
Qeyd edək ki, ölkə çempionatının IX turunda "Neftçi" səfərdə "Kəpəz"ə 3:4 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
"İpək Yolu Sığorta" maliyyə vəziyyətini açıqlayıb
-
Qubada avtomobil aşıb, ölən və yaralılar var













