71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib   
Far.Az xəbər saytı

71 ölkədən 335 QHT COP29-da birgə addımları müzakirə edib  


2024-cü il oktyabrın 4-də COP29 QHT Koalisiyasının hibrit formada növbəti “zoom” görüşü keçirilib.

“Report” xəbər verir ki, görüşdə elan olunub ki, Koalisiyanın sıraları hər gün genişlənir, artıq dünyanın 71 ölkəsindən 335 QHT bu tərkibdə yer alır.

Koalisiyadakı 108 QHT, eyni zamanda UNFCCC tərəfindən Müşahidəçi statusla Həmfikir Qrupların (Constituency) üzvləridirlər.

Hibrit görüş zamanı Azərbaycanın irəli sürdüyü qlobal təşəbbüslər dünyanın aparıcı vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən təqdirlə qarşılanıb. COP29 QHT Koalisiyası bir daha dünya dövlətlərini Azərbaycanın COP29 naminə Birgə Atəşkəs Çağırışına qoşulmağa çağırıb.

Görüşdə COP29 zamanı birgə əməkdaşlıq imkanları müzakirə olunub, ətraf mühit, gender məsələləri diqqətdə saxlanılıb, Avropa, Afrika və Asiya ölkələrindən spikerlər mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Qeyd edək ki, COP29 QHT Koalisiyasında ölkəmizi Azərbaycan Milli QHT Forumu təmsil edir. Koalisiya Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılıb.

Koalisiya müntəzəm əsasda hibrit görüşlər keçirir, fəaliyyətləri koordinasiya edir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər