İsrail Əlirza Təngsirinin öldürüldüyünü təsdiqləyib - YENİLƏNİB
İsrailin müdafiə naziri İsrael Kats SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin (HDQ) kontr-admiralı Əlirza Təngsirinin ölkəsinin aviazərbəsi nəticəsində öldürüldüyünü bildirib.
Bu barədə "Far.Az" Yaxın Şərq KİV-ə istinadən xəbər verir.
"İsrail Müdafiə Ordusu SEPAH-ın HDQ komandanını - Hörmüz boğazının minalanması və dəniz gəmiçiliyi üçün bloklanması üzrə terror əməliyyatına birbaşa cavabdeh olan şəxsi məhv edib", - Kats hərbi rəsmilərlə keçirilən müşavirə zamanı bildirib.
Onun sözlərinə görə, İsrailin bu əməliyyatı SEPAH üçün bir mesajdır:
"Biz müharibənin məqsədlərinə çatmaq üçün İranda fəaliyyət göstərməyə davam edəcəyik".
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Təngsiri İsrailin hücumu nəticəsində ölüb.
"Far.Az" xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
İran rəsmiləri hələ ki onun ölümü ilə bağlı açıqlama yaymayıb.
Qeyd edək ki, Ə.Təngsiriyə bu il yanvarın 31-də İranın Bəndər-Abbas şəhərində sui-qəsd cəhdi olmuşdu.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Oxşar xəbərlər
Azərbaycan HDQ komandanı Pakistanda səfərdə olub
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
Paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı müşavirə keçirilib
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
JP: Qətər ABŞ-nin İrana mümkün hücumunu təxirə salıb
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ və Çin süni intellekt məsələləri üzrə birbaşa rabitə kanalı yaradır













