Rusiyanın İrana göndərdiyi növbəti yardım Azərbaycandan yola salınıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Rusiyanın İrana göndərdiyi növbəti yardım Azərbaycandan yola salınıb - YENİLƏNİB


Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara gömrük postundan yola salınıb.

"Report"un Cənub bürosu xəbər verir ki, 7 avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından sonra Şimal-Cənub dəhlizi vasitəsilə İran istiqamətinə keçib.

Qeyd edək ki, yükün tərkibinə 140 ton qida və zəruri tələbat malları daxildir.

Rusiyadan İrana göndərilən növbəti humanitar yardım Cənub-Astara gömrük postuna daxil olub.

"Report"un Cənub bürosu xəbər verir ki, 7 avtomobildən ibarət olan yük karvanı gömrük yoxlanışından keçdikdən sonra Şimal–Cənub dəhlizi vasitəsilə İran istiqamətinə yola salınacaq.

Qeyd edək ki, martın 11-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. V. Putin Rusiya vətəndaşlarının İrandan təxliyəsində göstərilən operativ köməyə, həmçinin ölkəsinin İrana göndərdiyi humanitar yardımın Azərbaycan ərazisindən keçməsinə yaradılmış şəraitə görə dövlət başçısına minnətdarlığını bildirib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Oxşar xəbərlər

Azərbaycandan İrana göndərilən humanitar yardım dövlət sərhəd buraxılış məntəqəsindən keçib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Rusiyanın İrana göndərdiyi humanitar yardım Azərbaycandan yola salınıb - YENİLƏNİB
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İrandan daha 27 nəfər Azərbaycana təxliyə edilib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər