Binəqədidə yanğın baş verən əraziyə polis əməkdaşları cəlb olunublar
Binəqədi rayonu ərazisində yerləşən anbarlardan birində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
***13:22
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, ərazinin bütün perimetri boyu yanğına fəal müdaxilələr edilir.
Əlavə məlumat veriləcək.
***13:13
Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qalereya
Oxşar xəbərlər
Binəqədidə güclü yanğın tam söndürülüb - YENİLƏNİB-4
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Binəqədidə güclü yanğın məhdudlaşdırılıb, xəsarət alan yoxdur - YENİLƏNİB-3
"Sədərək" ticarət mərkəzindəki yanğın tam söndürülüb
"Sədərək"də baş verən yanğında xəsarət alanların sayı 13 nəfərə çatdı - TƏBİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hərbi xidmət haqqında qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb
-
"Çətin vəziyyətdəyik, qazımız yoxdur" - Qubada KRİTİK DURUM
-
"Euronews" Bakıda keçiriləcək WUF13 barədə reportaj hazırlayıb
-
Azərbaycan Avropa çempionatında medal hesabını açdı
-
"Ulduz" metrostansiyasının ətrafındakı yol yararsız haldadır
-
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər













