Azərbaycan gübrə idxalına çəkdiyi xərci 80 %-ə yaxın artırıb
Far.Az xəbər saytı

Azərbaycan gübrə idxalına çəkdiyi xərci 80 %-ə yaxın artırıb


Bu ilin yanvar-fevral aylarında Azərbaycan 19,6 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.

"Far.Az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 79,3 % çoxdur.

Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri isə 22,05 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 39 % azdır.

2 ayda gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,75 %-ni, ixrac gəlirləri isə ümumi ixrac gəlirlərinin 0,6 %-ni təşkil edib.

Xatırladaq ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 6 milyard 264 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 29,65 % azdır.

Xarici ticarət dövriyyəsinin 3 milyard 665 milyon ABŞ dolları ixracın, 2 milyard 599 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 23,1 % azalıb, idxal isə 37,2 % azalıb.

Son nəticədə xarici ticarətdə 1 milyard 66 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 69,75 % çoxdur.

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.12.2025)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (08.01.2026)
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (21.01.2026)

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər